
“Hadisələr öz axarı ilə gedir. Axşam vaxtı qaranlıq olur, gündüz gün çıxır. Müxalifət üçün isə səhər heç açılmır”. Bunu
Modern.az-a Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə müxalifətin hazırki durumuna münasibət bildirırkən deyib. O bildirib ki, müxalifətdə ciddi islahatlara ehtiyac var. A.Əlizadə təmsil etdiyi partiyanın növbəti seçkilərə ciddi hazırlaşdığını qeyd edib: “ASDP seçkilərə hazırlaşır. Fəaliyyətimizi bu istiqamətdə qurmuşuq. Bizim partiyada müəyyən canlanma var. Prezident seçkilərində necə fəallıq göstərmişdiksə, növbəti seçkilərdə də fəallığımız o cür olacaq. Biz hazırda parlament seçkilərinə hazırlaşırıq. Bələdiyyə seçkilərinə isə rayon təşkilatlarımız hazırlıq görürlər”. Partiya sədri vurğulayıb ki, ASDP qurultayın qərarını rəhbər tutaraq? növbəti seçkilərdə də heç bir bloka, birliyə qoşulmayacaq.
İlkin