Modern.az

NATO ölkəsi Ukraynada Rusiya raketini vursa, məsuliyyət kimin olacaq?

NATO ölkəsi Ukraynada Rusiya raketini vursa, məsuliyyət kimin olacaq?

Dünya

21 May 2024, 17:44

"Kiyev NATO ölkəsi Ukrayna səmasında Rusiya raketini vurarsa, düşmə və ya partlayış nəticəsində dəymiş ziyana görə məsuliyyət daşımayacağı ilə bağlı bütün sənədləri imzalamağa hazırdır".

 

Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "Reuters"ə müsahibəsində deyib.

 

Zelenski bunu Polşa, ABŞ və digər ölkələrin Ukrayna üzərindən raketlərin vurulması tələbini şərh edərkən bildirib.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama