Modern.az

Bayram Səfərov ermənilərlə ortaq telekanalın yaradılmasını DƏSTƏKLƏDİ

Bayram Səfərov ermənilərlə ortaq telekanalın yaradılmasını DƏSTƏKLƏDİ

7 Noyabr 2013, 13:15

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov azərbaycanlı və erməni gənclərin ortaq telekanal yaratmaq ideyasını dəstəkləyib.

““Sülh TV” kanalının açılmasına çox yaxşı baxıram”-deyə o, Modern.az-a açıqlamasında bildirib. Azərbaycanlı və erməni gənclərin ortaq telekanal yaratmasının müsbət hadisə kimi dəyərləndirən icma sədri danışıqların müharibədən yaxşı olduğunu vurğulayıb.

“Gənclər bizim gələcəyimizdir. Gənclər bir-biri ilə danışmalıdı, əlaqə saxlamalıdı. Ona görə də gənclərin ortaq layihəsinə pis baxmıram. Erməni gənclərini də izah edib başa salmaq lazımdır ki, başqalarının torpağını zəbt etmək olmaz”.

Bayram Səfərov Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının “Sülh” TV-yə qarşı çıxmasına da münasibət bildirib. “O, Akif Nağının öz fikridir. Sülh olsa, daha yaxşıdır. İstər Azərbaycan, istərsə də Ermənistan danışıqlar aparır. Danışılmayanda nə olur ki? Hər şey danışılmalı və aydınlaşdırılmalıdır”-deyə B.Səfərov qeyd edib.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı