Modern.az

Türk əsrinə layiq bir SƏHİFƏ

Aktual

21 May 2024, 22:46

On il əvvəl – 2014-cü ildə “Cənub Qaz Dəhlizi” QSC-nin Baş maliyyə direktoru təyin olunanda cəmi 30 yaşı vardı.

O zaman hələ tanımırdım onu.

İlk tanışlığım 2019-da onun “Socar Türkiye” şirkətinə keçəndə başladı.

İntizamı, ifrat çalışqanlığı, nəzakəti, ədəbi və tükənmək bilməyən enerjisi ilə həmyaşıdlarından fərqlənirdi.

Ən çox da milli olması ilə gözə çarpırdı.

O vaxt artıq “Socar Türkiye”nin Korporativ Maliyyə Nəzarəti üzrə qrup direktoru idi...

Bir neçə gün əvvəl Türk İnvestisiya Fondunun təsis iclasında Ramil Babayev Fondun Baş direktoru seçilib. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan tərəfindən yaradılmış Türk İnvestisiya Fondunun təsis olunması Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətinə təkan verəcək ilk böyük, əməli həmlədir.



Ramil Babayevin yaxşı təhsil alıb – MBA diplomlarını Butler universiteti (İndianapolis, ABŞ) ilə IMD-dən (Lozanna, İsveçrə) qazanıb, müxtəlif beynəlxalq ixtisasartırma və təkmilləşdirmə kurslarını bitirib. “Socar Türkiye”nin Ramil kimi gəncləri kəşf edib, onlara yeni iş imkanları açması, ölkəmizin sabahına yatarım etməsi son dərəcə təqdirə layiqdir.

Türk Dövlətləri Təşkilatına daxil hər bir ölkə bu Beynəlxalq Quruma rəhbərlik etməyə məhz öz namizədinin seçilməsini istərdi. Ancaq təsisçilər Azərbaycanın təqdim etdiyi namizəddə qərar qıldılar.

Burada İqtisadiyyat nazirliyinin Ramil Babayev kimi hərtərəfli bir kadrımıza etimad göstərərək, Beynəxlaq təşkilata rəhbərlik etməyə layiq görməsi sevindiricidir.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İnvestisiya Fondunun İdarə Heyətinin açılış toplantısındakı çıxışında Azərbaycan dövlətinin TDT-yə verdiyi önəmi dilə gətirdi.

Nazir müavini qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti andiçmə mərasimində ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığından danışarkən TDT-nin Azərbaycan üçün əsas beynəlxalq təşkilat olmasını və Türk dünyasının ailəmiz olduğunu vurğulamışdır…

“Türk İnvestisiya Fondu Türk Əsrinə layiq bir səhifə acır”, –Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türk açılış toplantısında dedi bu sözləri. Həqiqətən də Türk Dövlətləri ilə münasibətlər əsasən təşkilata üzv ölkələrin liderlərinin aralarındakı yaxşı münasibətdən bəhrələnirdi. Burada Azərbaycan və Türkiyə liderlərinin rolunu xüsusi qeyd etmək lazımdır.

İndən belə Fond Türk Dövlətlərinin iqtisadi inkişafına dəstək verəcək, onların maliyyə davamlılığını qoruyacaq, nəticədə isə ölkələr arasında daha geniş iqtisadi əməkdaşlıq və inteqrasiyaya nail olunacaqdır. Əsas hədəf iqtisadi inteqrasiyanı sürətləndirməkdir ki, bu da Türk Dünyasının çiçəklənməsinə doğru atılan mühim təşəbbüsdür.

Ramil Babayev bu qədər önəmli bir beynəlxalq investisiya fonduna rəhbər getir.

Dəyərli dostumuza Türk Əsrinə layiq bir səhifə açmaq üçün uğurlar arzu edirəm.

Twitter
Sizə yeni tvit var
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı