Modern.az

Paşinyan Rəisinin dəfni üçün Tehrana GETDİ

Paşinyan Rəisinin dəfni üçün Tehrana GETDİ

Dünya

22 May 2024, 10:24

Ermənistan baş naziri Nikol Paşinyan İrana səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Qeyd olunub ki, o, "təyyarə qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onları müşayiət edənlərin xatirəsini ehtiramla yad etmək üçün" rəsmi tədbirdə iştirak etmək məqsədilə Tehrana gedib.

 

Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbriz cümə imamı Məhəmməd Əli Haşim, Şərqi Azərbaycan ostanının valisi Malik Rəhmətini aparan helikopter qəzaya uğrayıb. Helikopterdəkilərin hamısı həyatını itirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama