Modern.az

İranın Ali Rəhbərini seçən Ekspertlər Şurasının yeni sədri 93 yaşındadır

İranın Ali Rəhbərini seçən Ekspertlər Şurasının yeni sədri 93 yaşındadır

Dünya

22 May 2024, 10:32

İran İslam Respublikasının Ekspertlər Şurasına yeni sədr seçkisi keçirilib.

Modern.az xəbər verir ki, Ayətullah Məhəmməd Əli Müvəhhidi Kirmani Ekspertlər Şurasının  yeni sədri seçilib.

Seçkidə iştirak edən Ekspertlər Şurasının 83 üzvdən 55-i Kirmaninin sədr olmasına səs verib.

Ekspertlər Şurası İslam Respublikasının Ali Rəhbəri Ayətullah Xameneinin xeyir-duası ilə öz işinə başlayıb.

Qurumun daxili nizamnaməsinə əsasən, Ayətullah Məhəmməd Əli Müvəhhidi Kirmani 2 il müddətinə Ekspertlər Şurasının rəhbəri olacaq.

Xatırladaq ki, bundan əvvəl Ekspertlər Şurasının  sədri Ayətullah Əhməd Cənnəti idi.

Ekspertlər Şurası İran İslam Respublikasının Ali Rəhbərini seçən, onun hərəkətlərinə nəzarət edən və lazım gələrsə, vəzifəsindən azad edə bilən Konstitusiya orqanıdır.

Ekspertlər şurası səkkiz ildən bir birbaşa olaraq xalq tərəfindən seçilən 88 ruhanidən ibarət bir orqandır.

Ekspertlər Şurasına seçiləcək namizədlərin lazımi keyfiyyətlərə malik olub-olmaması, üzvlərinin yarısı İranın Ali Rəhbəri tərəfindən təyin edilən Konstitusiyanın Mühafizə Şurası tərəfindən yoxlanılır və təsdiqlənir.

Ekspertlər Şurasının yeni sədri Ayətullah Əli Müvəhhidi Kirmaninin 93 yaşı var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama