Modern.az

4 ölkədən Gürcüstana qarşı sanksiya ÇAĞIRIŞI

4 ölkədən Gürcüstana qarşı sanksiya ÇAĞIRIŞI

22 May 2024, 11:12

Niderland, Çexiya, İsveç və Estoniyadan olan Avropa rəsmiləri Gürcüstanın xarici agentlər haqqında qanun qəbul edəcəyi təqdirdə ona qarşı sanksiyalar tətbiq etmək istəyirlər. 

 

Modern.az xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

 

Qeyd olunub ki, mümkün məhdudiyyətlər arasında Aİ ilə vizasız rejimin dayandırılması, vəsaitlərin dondurulması və məmurlara qarşı sanksiyalar daxildir.

 

Xatırladaq ki, qalmaqallı "xarici agentlər" qanununa etirazlar davam edir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama