Modern.az

Ermənilər kəndin adını Şaumyanovka qoydular, sonra üzr istədilər...

Ermənilər kəndin adını Şaumyanovka qoydular, sonra üzr istədilər...

22 May 2024, 11:36

Abxaziyanın (Beynəlxalq səviyyədə Gürcüstan ərazisi hesab olunan və məhdud səviyyədə tanınan separatçı qurum) Gülripşski rayonunda bir qrup yerli sakin özbaşına Tskibın kəndinin adını dəyişdirərək əvvəlki adına - Şaumyanovkaya qaytarıb.

 

Modern.az "Exo Kavkaza"ya istinadən xəbər verir ki, kəndin girişində rəhbərliklə razılaşdırılmadan SSRİ dövründəki adı əks etdirən lövhə asılıb.

 

Kənddə əsasən ermənilər məskunlaşıb. Abxaziyanın erməni icması bir gün əvvəl bəyanat yayaraq, hadisə ilə bağlı Tskibin kəndinin sakinlərinin rayon rəhbərliyindən üzr istədiyini bildirib.

 

İcmanın dediyinə görə, lövhə sökülüb və yaxın vaxtlarda kəndin faktiki adı yazılan lövhə quraşdırılacaq.

 

Nəşr yazır ki, kənd “burada yaşayanlar üçün rəsmi olaraq yeni və anlaşılmaz “Tskibın” adını daşıyır", lakin hamı keçmişdə olduğu kimi Şaumyanovka adını işlədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama