İsveç Baltik dənizindəki Qotland adasının müdafiəsini gücləndirib.
Modern.az xəbər verir ki, bunu RND-yə müsahibəsində Krallığın Silahlı Qüvvələrinin Ali Baş Komandanı Mikael Buden deyib.
Bildirilib ki, adanın Rusiyanın nəzarəti altına keçməsi ilə bağlı Moskvanın niyyətindən ehtiyatlanaraq müdafiəsini gücləndiriblər.
Hələlik Rusiya tərəfdən məsələ ilə bağlı rəsmi reaksiya yoxdur.
Qeyd edək ki, İsveç və Finlandiya NATO-ya üzv olduqdan sonra Baltik dənizində Rusiyanın mövqeləri zəifləyib.