Bu gün Muasir Musavat Partiyasının Mərkəzi qərargahında partiyanın İdarə Heyətinin toplantısı keçirilib. Modern.az-ın məlumatına görə, toplantıda öncə dünyada və ölkədə baş verən hadisələr müzakirə edilib.
Çıxış edən partiya sədri Hafiz Hacıyev deyib ki, daxildə hadisələr getdikcə axarına düşsə də, xaricin təzyiqləri səngimək bilmir: “Xaricin ümumulikdə regiona olan basqıları təsirsiz ötüşməyəcək. İki supergücün “yorğan davası”nın zərbəsi ölkədən kənara çörək dalınca gedən vətəndaşlarımıza dəyəcək.Yaranan bu ağır situasiya ölkəmiz üçün yaxşı heç nə vəd etmir. Təkcə Rusiyada 2 milyona yaxın vətəndaşımız yaşayır ki, onların geri qayıtması ölkənin iqtisadiyyatına böyük zərbə vurar. Mən təklif edirəm ki, bütün baş verənləri nəzərə alıb, müxalifətli-iqtidarlı milli maraqlar naminə, birləşib təhlükələrin qarşısını almaq lazımdır. Bir sözlə, bizi qarşıda çox ciddi sınaqlar gözləyir. Onun üçün strukturlarımıza bir də nəzər salmalıyıq. .Gedən proseslərə qarşı və ya dəstək vermək üçün gücümüzü səfərbər etməliyik”.
Modern.az