Modern.az

\"ABŞ gürcü siyasi elitasının reputasiyasını məhv edə biləcək məlumatlara malikdir\"

\

22 May 2024, 15:53

Birləşmiş Ştatlar “gürcü siyasi elitasının nümayəndələrinin reputasiyasını məhv edə biləcək” məlumatlara malikdir.

 

Modern.az xəbər verir ki, bunu “Azadlıq radiosu"nun gürcü xidməti Vaşinqtondakı mənbələrə istinadən yazıb.

 

Məqalədə deyilir: “Gürcüstanın siyasi elitasındakı rus agentlərinin maskasını açmaq, eləcə də Çinin təsir nümunələrini ifşa etmək “Gürcü arzusu”nun ölkənin suverenliyini “xarici agentlər” qanun layihəsi ilə müdafiə etdiyinə dair rəvayətini sarsıdacaq”.

 

Xatırladaq ki, qalmaqallı "xarici agentlər" qanununa etirazlar davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama