Modern.az

Gürcüstanda ana və qızını küçədə öldürən kişi saxlanılıb

Gürcüstanda ana və qızını küçədə öldürən kişi saxlanılıb

22 May 2024, 16:17

Gürcüstanın Rustavi şəhərində kişi küçədə iki qadını güllələyib.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, ölənlər orta yaşlı ana və onun qızıdır.

 

Yanlarında azyaşlı uşaq da olub, onu təcili yardım aparıb. Atəş açan 30 yaşlarında olan kişi polis tərəfindən yerindəcə saxlanılıb.

 

Hadisənin təfərrüatları araşdırılır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama