Modern.az

Çin Rusiyaya kritik yardım göstərib və ya bunu etməyə hazırlaşır - ŞAPPS

Çin Rusiyaya kritik yardım göstərib və ya bunu etməyə hazırlaşır - ŞAPPS

22 May 2024, 16:31

"Çin Rusiyaya kritik yardım göstərib və ya bunu etməyə hazırlaşır".

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Britaniyanın müdafiə naziri Qrant Şapps deyib.

 

Onun sözlərinə görə, Amerika və Britaniya kəşfiyyatında Rusiya Federasiyası və Çinin Ukraynada istifadə üçün hərbi texnikanın hazırlanmasında əməkdaşlıq etdiyinə dair sübutlar var.

 

“Biz bundan narahat olmalıyıq, çünki bu müharibənin ilk günlərindən Çin özünü Rusiya prezidenti Putinə qarşı məhdudlaşdırıcı təsirə malik ölkə kimi təqdim etmək istəyir”, - o əlavə edib.

 

Nazir hansı yardımdan danışdığını açıqlamayıb, lakin bunu əhəmiyyətli adlandırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama