Modern.az

\"Şamaxı\" çempion oldu

\

22 May 2024, 17:38

Futbol üzrə Azərbaycan I Liqasında 2023/2024 mövsümünün qalibi müəyyənləşib.

Modern.az xəbər verir ki, sonuncu - XXVII turun oyunları çərçivəsində doğma meydanda "Araz Saatlı"nı (2:1) məğlub edən "Şamaxı" I Liqanın çempionu olub.

Səfərdə "Mingəçevir"ə qalib (2:1) gələn "Qaradağ Lökbatan" isə mövsümü ikinci pillədə başa vurub.

Qeydə alınan nəticələrin ardından turnir cədvəliində "Şamaxı" 57 xalla lider, "Qaradağ Lökbatan" isə 56 xalla ikinci olub.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI