“Müdafiə Nazirliyinin mətbuat xidmətinə hələ heç kim təyin olunmayıb. Belə bir məlumat olarsa, mətbuata informasiya veriləcək”. Bu barədə Müdafiə Nazirliyindən Modern.az-a məlumat verilib.
Qeyd edək ki, bir müddət öncə Müdafiə Nazirliyi mətbuat xidməti rəisinin səlahiyyətlərini polkovnik-leytenant Vaqif Dərgahlın;n icra etdiyi haqqında mətbuatda informasiyalar yer almışdı.
Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumatda isə bu iddia faktı təkzib olunub. “Burada belə bir adam yoxdur və mətbuat xidmətinə heç kim təyin edilməyib. Kimsə təyin edilərsə, bu haqda ilk öncə mətbuata açıqlama veriləcək”.
Xatırladaq ki, Prezident İlham Əliyevin oktyabrın 22-də imzaladığı sərəncamla Daxili Qoşunların komandanı Zakir Həsənov müdafiə naziri vəzifəsinə təyin olunub. Bundan sonra nazirliyin mətbuat xidmətinin rəisi polkovnik Eldar Sabiroğlu və xidmətin rəis müavini mayor Teymur Abdullayev Silahlı Qüvvələrdən tərxis olunmaları barədə raport yazıblar.
Aytən ƏLİYEVA