Modern.az

ABŞ Ermənistana dəstəyi gücləndirmək istəyir

ABŞ Ermənistana dəstəyi gücləndirmək istəyir

23 May 2024, 09:04

ABŞ Ermənistana dəstəyi gücləndirmək istəyir.
 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken danışıb.

 

O bildirib ki, ABŞ Ermənistana dəstəyi və əməkdaşlığı gücləndirmək üçün daha nələrin edilə biləcəyini müəyyən etmək üçün İrəvanın bir sıra sorğularını nəzərdən keçirir.

 

Blinken bu haqda ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə söz açıb.

 

Dövlət katibi sözügedən sorğuların nədən ibarət olduğunu açıqlamayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Dünyaya səs salan Qarabağ və Zəngəzur mədəniyyəti