“Həmsədrlik institutunun yaradılması ilə bağlı aparılan danışıqlardan o qədər də məlumatlı deyiləm. Məncə, Milli Şura uğurla fəaliyyət göstərir. Onun indiki formatın qalması belə Şuranın öz fəaliyyətini uğurla davam etdirməsinə imkan verir”.
Bunu Modern.az-a Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli deyib. O bildirib ki, Milli Şuranın daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər var: “Bu məsələlər də Milli Şuranın sessiyalarında müzakirə olunub, qərarlar veriləcək. Cəmil Həsənlinin həmsədr və ya sədr olması bağlı təkliflərində yəqin ki, müəyyən üstünlükləri var. Şəxsən mən qurumda ciddi struktur dəyişikliyinin tərəfdarı deyiləm. Amma yenə də deyirəm, bu iki təklifindən hansınınsa gerçəkləşməsində ciddi problem görmürəm”.
İlkin PİRƏLİ