Modern.az

Komitə sədri: “Mənzil-istismar idarələrinin yerini ictimai təşkilatlar tutacaq”

Komitə sədri: “Mənzil-istismar idarələrinin yerini ictimai təşkilatlar tutacaq”

8 Noyabr 2013, 12:53
  “Şəhərsalma və Tikinti Məcəlləsi qəbul olunarkən orada Mənzil İstismar İdarələrinin (MİS) adı qeyd edilməyib”. Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə jurnalistlərə açıqlamasında deyib. Komitə sədri qeyd edib ki, yaxın vaxtlarda MİS-lər həyatımızdan tamamilə çıxarılacaq.
“MİS-lər ləğv edildikdən sonra bu funksiyanı öz üzərinə götürəcək ictimai təşkilatlar yaradılacaq. Açığı bizim cəmiyyətdə bu məsələyə lazımi istək və lazımi həvəs yoxdur. Buna görə MİS-lərin indiki fəaliyyəti elə cəmiyyətin onu dəyişmək təşəbbüsünü üzərinə götürməməkdən irəli gəlir”.

Aytən Əliyeva
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı