Modern.az

Memlərin qəhrəmanı olan məşhur it ÖLDÜ

Memlərin qəhrəmanı olan məşhur it ÖLDÜ

Dünya

24 May 2024, 11:36

Yaponiyada "Dogecoin"in siması və sosial şəbəkə memlərinin qəhrəmanına çevrilən it - Kabosu ölüb.

 

Modern.az "Meduza"ya istinadən xəbər verir ki, onun sahibi Atsuko Sato itin ölümündən danışıb.

 

Kabosunun 19 yaşı var imiş. 2010-cu ildə Kabosu adlı itin fotoşəkilləri internetdə yayılıb və "Doge" adlı memə çevrilib. 2013-cü ildə Kabosu "Dogecoin" kriptovalyutasının siması olub.

 

2023-cü ilin aprelində İlon Mask X-nin loqosunu Kabosunun şəklinə dəyişib. Dəyişikliklər edildikdən sonra "Binance" birjasında "Dogecoin" kriptovalyutasının qiyməti 30% artıb.

Bu xəbər ilə bağlı
ARAŞDIRMA: Pişik və it sevən insanların psixoloji FƏRQLƏRİ
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama