Modern.az

Bakıdakı “Xuruşovka” binaları sökülməyəcək

Bakıdakı “Xuruşovka” binaları sökülməyəcək

8 Noyabr 2013, 13:08

“Yaxın müddətdə və Böyük Bakının regional inkişaf planında “Xuruşovka” layihəli binaların  saxlanması nəzərdə tutulub”. Modern.az xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib. O qeyd edib ki, ”Xurşovka”ların sökülməsi hazırda gündəmdə deyil.

“Belorus, Rusiya, Ukraynada bu tip layihələrin sökülməsi üzrə xüsusi dövlət proqramları var. Ancaq Azərbaycanda iqlim şəraiti, əhalinin öz mənzillərinə baxması daha yüksək səviyyədə olduğu üçün bizdə həmin binalar o qədər pis vəziyyətdə deyil. Ümumiyyətlə, o binalar söküldükdə baxılır ki, onların istismar müddəti bitmək üzrədir ya yox. Birinci növbədə mərtəbələrarası örtükləri taxta konstruksiyalardan olan binalar sökülür. Bizdəki “Xuroşva” binalarında mərtəbələrarası örtüklər betonlardır. Ona görə onların istismar müddəti hələ yüksədir, təxminən 100 ilə yaxındır. Əgər bu, binada yaşayan əhalini qane etməyə bilərsə, onlar hansısa investorlar cəlb etməklə orada yeni biunaların tikilməsi məsələsini gündəmə gətirə bilərlər. Lakin dövlət tərəfindən həmin binaların sökülüb yerində yenilərinin tikilməsi nəzərdə tutulamyıb”.

D.Dövlətxanov qeyd edib ki, mənzil yaşayış fondu hökümət tərəfindən yalnız müəyyən qruplar üçün tikilir, məcburi köçkün, qaçqın, əlillər və s.

“Digər aparılan tikinti isə özəl investorlar tərəfindən tikilir. Ona görə regional inkişaf planında o ərazilər göstərilir ki, haradakı tikinti aparıla bilər. Bu demək deyil ki, bu ərazi dərhal sökülməlidir”.
Komitə təmsilçisi Böyük Bakının regional inkişaf planına eyni zamanda paytaxta yeni girişlərin artırılması ilə bağlı təkliflər verdiklərini bildirib.

“Bütün nəqliyyatla bağlı məsələləri yalnız planlaşdırma üsulları həll etmək mümkün deyil, orada inzibati və təşkialtı təkliflər də var”.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı