Modern.az

Deputat: “Yaşayış məntəqələrinin adları dəyişdirilə bilməz”

Deputat: “Yaşayış məntəqələrinin adları dəyişdirilə bilməz”

Parlament

8 Noyabr 2013, 13:21

“Ölkədə yaşayış məntəqələrinin adlarının dəyişdirilməsini məqsədəuyğun hesab etmirəm”. Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə yaşayış yerlərinin adlarının dəyişdirilməsi və bununla bağlı xüsusi bir qurumun yaradılması məsələsinə aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, bəzi yaşayış məntəqələri istisna olmaqla, kütləvi şəkildə adların dəyişdirilməsi müsbət hal deyil: "Çünki bu adlar Azərbaycan tarixinin müxtəlif dövrlərini əhatə edir. Biz bu adları dəyişdirməklə həmin dövrə məxsus tariximizi unutmuş oluruq. Bu isə yolverilməzdir".

  Aytən Əliyeva  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...