Modern.az

Polşa və Yunanıstandan Avropa İttifaqına MÜHÜM ÇAĞIRIŞ

Polşa və Yunanıstandan Avropa İttifaqına MÜHÜM ÇAĞIRIŞ

Dünya

24 May 2024, 12:34

Polşa və Yunanıstan Avropa İttifaqını hava hücumundan müdafiə qalxanı yaratmağa çağırıb.

 

Modern.az "Bild"ə istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya müdaxiləsi şəraitində Polşa və Yunanıstan hakimiyyəti Aİ-ni Avropa ölkələri üçün xüsusi hava hücumundan müdafiə qalxanı yaratmağa çağırıb.

 

Polşanın baş naziri Donald Tusk və onun yunanıstanlı həmkarı Kiriakos Mitsotakis cümə axşamı Aİ Komissiyasının sədri Ursula fon der Leyenə göndərdikləri birgə məktubda bunu qeyd ediblər:

 

"Avropa onun üstündəki səma təhlükəsiz olduğu müddətcə təhlükəsiz olacaq".

 

Təşəbbüs müəlliflərinin fikrincə, belə bir hava hücumundan müdafiə qalxanı “Avropa təhlükəsizliyində böyük zəifliklərə” cavab verən layihə olmalıdır.  Tusk və Mitsotakis öz təkliflərini Aİ-nin iyunda keçiriləcək növbəti sammitində təqdim etmək istəyirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama