Modern.az

Su anbarında batan şəxsin axtarışları davam edir - VİDEO

Su anbarında batan şəxsin axtarışları davam edir - VİDEO

Aktual

24 May 2024, 12:55

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində balıq ovuna çıxdığı ehtimal olunan həmin rayonun Aşağı Öysüzlü kənd sakini 1987- cil təvəllüdlü Baxşəliyev Zabit Paşa oğlunun batması barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

 

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış dərhal qrupu axtarışlara cəlb olunub.

 

Hazırda axtarış işləri davam etdirilir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU