Modern.az

Putin müharibəni "dondurmağa" hazırlaşır? - ŞOK DETALLAR

Putin müharibəni

Dünya

24 May 2024, 14:26

"Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibəni faktiki cəbhə xəttində “dondurmağa” hazırdır".

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” Rusiya prezidentinə yaxın 4 mənbəyə istinadən yazıb.

 

Qeyd olunub ki, Vladimir Putin “hazırkı cəbhə xəttini tanıyan atəşkəslə bağlı danışıqlar yolu ilə qonşu dövlətə qarşı təcavüzü dayandırmağa" hazırdır.

 

“Reuters”in həmsöhbətləri əmindirlər ki, Kiyev və Qərb reaksiya verməsə, Putin hərbi təcavüzünü davam etdirəcək. Putinlə işləmiş və Kremldəki əhval-ruhiyyəni bilən mənbə deyir ki, Putin “lazım olduğu qədər döyüşməyə” qadirdir, lakin o, müharibəni “dondurmaq” üçün atəşkəsə də hazırdır.

 

"Reuters"in mənbələrinə görə, Putinin məntiqi ondan ibarətdir ki, o, müharibədəki uğurların “qələbəni rus xalqına “satmaq” üçün hələ də yetərli olduğuna” inanır və buna görə də Rusiyanın döyüş meydanındakı tərəqqisindən “müharibədən çıxmaq üçün istifadə etmək istəyir”.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama