Modern.az

ABŞ Ukraynaya yeni silahlar GÖNDƏRİR

ABŞ Ukraynaya yeni silahlar GÖNDƏRİR

Dünya

24 May 2024, 23:41

ABŞ Ukrayna üçün yeni hərbi yardım elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

 

Yardımın həcmi 275 milyon dollardır. ABŞ dövlət katibi Antoni Blinken yardım paketinin ən qısa zamanda çatdırılacağını bildirib.

 

Paketə "Javelin" və AT-4 tank əleyhinə sistemlər, tank əleyhinə minalar, TOW raketləri, taktiki maşınlar, atıcı silahlar və döyüş sursatları, kimyəvi, bioloji və radiasiyadan mühafizə dəstləri, ehtiyat hissələri daxildir.

 

Blinken qeyd edib ki, silahlar Ukraynaya Rusiyanın Xarkov vilayətində hücumunu dəf etmək üçün göndərilib. "Əvvəlki paketlərdən olan yardımlar artıq cəbhə xəttinə çatdırılıb, yeni partiya ən qısa zamanda köçürüləcək", - o qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama