Modern.az

Milli Teleradio Şurası ANS-ə və “Günəbaxan” verilişinə irad tutdu

Milli Teleradio Şurası ANS-ə və “Günəbaxan” verilişinə irad tutdu

8 Noyabr 2013, 15:47

Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) şuranın və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2013-cü ilin sentyabr-oktyabr aylarında aparılan teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələrinə dair mətbuat konfrans keçirilib.

Modern.az xəbər verir ki, konfransda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri, dilçi alimlər, teleradio yayımçılarının nümayəndələri iştirak ediblər.
Tədbirdə MTRŞ-nın sədrinin müavini Qafar Cəbiyev bildirib ki, əsas məqsəd ötən müzakirədən keçən müddət ərzində teleradio məkanında dövlət dilindən istifadə sahəsində hansı dəyişiklərin olmasını öyrənməkdir:

"İndiki anda Azərbaycan teleradio məkanında dövlət dilindən istifadə ilə bağlı narahatçılıq üçün əsas ola biləcək hər hansı çox ciddi problemimiz yoxdur. Aparılan monitorinq və müzakirələr isə sadəcə teleradio mətbəximizdə vəziyyətin daha yaxşı olması məqsədinə xidmət edir".

Sədr müavini çıxışında onu da vurğulayıb ki, yayımçılar özləri dövlət dilindən istifadə məsələlərində nümunə olmalıdır: "İkincisi, media digər strukturlarda da dövlət dilindən istifadə məsələlərini daimi gündəmdə saxlamalıdır. Dilimizə sayğı göstərməyənlər, bu sahədə olan qanunlara məhəl qoymayanlar çox ciddi tənqid və müzakirə hədəfinə çevrilməlidir. Azərbaycanda teleradio yayımçılarının dövlət dilindən istifadəsində dinamika müsbətə doğru dəyişməkdədir. Lakin bu heç də o demək deyil ki, bu sahədə kifayət qədər problem yoxdur. Bəli, problemlər var, özü də onların sayı kifayət qədər çoxdur. Odur ki, işgüzar müzakirələrə ehtiyac var. Bugünkü tədbirimiz də bu məqsədə xidmət edir".

Diıçilik İnstitunun dosenti Təranə Şükürova bildirib ki özəl televiziyaların yayımladığı verilişlərin dilində səhvlərlə rastlaşıb. Bu, ən çox televiziyaların səhər proqramlarında müşahidə edilib. İTV qismən burada istisnalıq təşkil edir.
 
İnsitutun digər dosenti Aytən Bəylərova qeyd edib ki, özəl televiziyalarda ədəbi dilin monitorinqi informasiya və tok-şou verlişlərdə aparılıb. O qeyd edib ki, bu gün verilişlərdə dialekt sözlərdən istifadə ANS-də xüsusilə “Günəbaxan” verilişində müşahidə edilib. Eyni zamanda ANS televiziyasında xəbərlərin aparıcısının nitqində tələffüz səhvləri müşahidə edilib. Ümumiyyətlə bütün televiziyaların aparıcılarının nitqində tələffüz səhvlərinin olduğu qeyd edilib.

Aytən Əliyeva 

Sizə yeni x var
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı