Modern.az

"“Xraxoba” “Qıraqoba” olmalıdır” - AÇIQLAMA

"“Xraxoba” “Qıraqoba” olmalıdır” - AÇIQLAMA

Qarabağ

8 Noyabr 2013, 16:53

Aqil Camal: “Bu kəndin adını dəyişmək yox, dəqiqləşdirmək, ədəbi dilə uyğunlaşdırmaq lazımdır”

Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasının gündəliyinə "Xaçmaz rayonunun Xraxoba kəndinin Palıdlı kəndi adlandırılması haqqında" qanun layihəsi daxil edilib.
Komitə sədri Arif Rəhimzadə sənəd barədə məlumat verərək bildirib ki, məsələyə Toponimiya Komissiyasında baxılıb və müsbət rəy verilib.
Müzakirəyə çıxarılan qanun layihəsi parlamentin plenar iclasında baxılmaq üçün tövsiyə edilib.

“Türküstan” qəzetinin baş redaktoru, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal isə  Modern.az -a bildirib ki, Xraxoba kəndinin adını dəyişmək yox, dəqiqləşdirmək, Azərbaycan ədəbi dilinə uyğunlaşdırmaq lazımdır. Onun sözlərinə görə “Xraxoba” əslində “Qıraqoba”dır:

“Qıraqoba” sözü yerli əhalinin ləhcəsinə uyğun olaraq “Xraxoba” kimi tələvvüz edilib və bu cür də rəsmiləşib. Ona görə kəndin adının yeni adla əvəzlənməsinə ehtiyac yoxdur: “Yalnız kəndin adı ədəbi dilə uyğunlaşdırılaraq “Qıraqoba” adlandırılmalıdır. Xaçmazda Əhmədoba, Niyazoba, Uzunoba kimi kənd adlarının olması da göstərir ki, sonu “oba” ilə bitən yer adları bu bölgə üçün xarakterikdir. Həmçinin, “qıraq” və “oba” sözləri təmiz öz sözlərimizdir. Həmin kəndin yerləşdiyi çoğrafi mövqeyə uyğun olaraq ucqar kənd, qıraq oba mənasını verir”.

A.Camal ümid edir ki, hər zaman belə məsələlərə həssas olan bir sıra millət vəkilləri məsələ müzakirə olunarkən “Qıraqoba” təklifini gündəmə gətirəcəklər. 

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu