Modern.az

Əli Əhmədov, Siyavuş Novruzov, Mübariz Qurbanlıdan qan aldılar - FOTOLAR

Əli Əhmədov, Siyavuş Novruzov, Mübariz Qurbanlıdan qan aldılar - FOTOLAR

8 Noyabr 2013, 17:16

Yeni Azərbaycan Partiyası və partiyanın Gənclər Birliyinin təşəbbüsü ilə növbəti qanvermə aksiyası keçirib. Bu humanitar aksiya B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutu Mərkəzi Qan Bankında keçirilib.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib ki, qanvermə aksiyasını keçirməkdə məqsəd ölkəmizdə irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara qan yardımı etməkdən ibarətdir: "Bu haqda sosial şəbəkələrdə gənclərə çağırışlar edilib və nəticədə qanvermə aksiyasına hakim partiyanın üzvləri ilə yanaşı, heç bir siyasi partiyada təmsil olunmayan gənclər də qoşulub".

Qanvermə aksiyasında YAP-ın Sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov, YAP İcra katibinin müavinləri, Milli Məclisin deputatları Siyavuş Novruzov və Mübariz Qurbanlı iştirak ediblər.
Qeyd edək ki, ümumilikdə qanvermə aksiyasında 200-ə qədər gənc iştirak edib.








Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı