Modern.az

Azərbaycanlı tələbə Misirdə fiziki və mənəvi xəsarət alıb - ÖZƏL

Azərbaycanlı tələbə Misirdə fiziki və mənəvi xəsarət alıb - ÖZƏL

8 Noyabr 2013, 18:13

Misir, Suriya və İraqda gərgin ictimai-siyasi şərait hökm  sürür. Əgər bu gərginlik Misirdə məhəlli toqquşmalarla müşayiət olunursa, İraqda məzhəblər arası müharibə, Suriyada isə vətəndaş müharibəsi gedir. Burada vətəndaşların təhlükəsizliyinin təmin edilməsində ciddi problemlər olduğundan bir çox ölkələr öz vətəndaşlarına bu ölkələrə getməməyi məsləhət görür. Dini və digər təhsil almaq üçün tələblərin də getdiyi bu ölkələrdə hazırda Azərbaycan vətəndaşları təhsil alırmı?

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Modern.az-a açıqlamasında bildirib ki, onların xətti ilə bu üç ölkəyə heç bir tələbə göndərilməyib. “Əgər kimsə öz xətti ilə gedibsə, bu haqda biz məlumatlı deyilik. Amma bizim tərəfimizdən göndərilənlər yoxdur”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən də bildirilib ki, bu qurumun xətti ilə adı çəkilən üç ölkəyə heç kimin təhsil almağa göndərilməyib.

Təhsil Nazirliyindən isə yalnız iki ölkəyə tələbə göndərmədiklərini bildiriblər. Nazirliyin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun baş məsləhətçisi Mərziyyə Ağayeva Modern.az saytına bildirib ki, hal-hazırda dövlət xətti ilə Suriya və İraqda təhsil alan tələbə yoxdur.

“Misirdə isə dövlət xətti ilə qəbul olmuş 1 tələbə baş verən hadisələrdən dolayı fiziki və mənəvi xəsarət aldığından və dövlət xətti ilə təhsil müddəti başa çatdığından təhsilinin son ilini öz hesabına davam etdirmək məcburiyyətində qalıb”.

Aytən ƏLİYEVA 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı