Modern.az

\"Mançester Yunayted” qalib oldu

 \

25 May 2024, 20:32

Futbol üzrə İngiltərə Federasiya Kubokunun qalibi bəlli olub.

 

Modern.az xəbər verir ki, finalda “Mançester Siti” və “Mançester Yunayted” komandaları üz-üzə gəlib. Görüş "qırmızı şeytanlar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Hesabı 30-cu dəqiqədə Alexandro Qarnaço açıb. Kobi Maino 39-cu dəqiqədə fərqi iki topa çıxarıb. Matçın yekun nəticəsini 87-ci dəqiqədə Ceremi Doku müəyyənləşdirib.

 

Bununla da "Mançester Yunayted" tarixində 13-cü dəfə Federasiya Kubokunun qalibi olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI