Modern.az

Müqəddəs yaşlı söz adamı - bir şəyirdin gözü ilə

Müqəddəs yaşlı söz adamı - bir şəyirdin gözü ilə

9 Noyabr 2013, 12:31

Anar Niftəliyevlə ilk görüşdüyüm günü xatırlayıram.. Düz 16 il öncə... "Xalq qəzeti" nin isti redaksiyası... Onda Ustanın (Anar Niftəliyev) 24-25, Ustadın (Rauf Ağayev) 39-40 yaşı olardı. Onda hər şey gözəl idi bəlkə də... Bəlkə də bu gözəlliyin möhtəşəmliyindəndir ki, taleyin qismətinə acığım tutur... Məhz o komanda ilə birgə çalışmağa yaşım yetmədi deyə ... Nə isə.

***

Onda Ustanın 24, Ustadın 40 yaşı olardı. Onda hər şey gözəl idi bəlkə də... Böyük qəzetin kiçik redaksiyasına ilk dəfə gəlirdim. Və elə həmin gün şahidi olmuşdum, atamın məndən başqa bir oğlana ürək dolusu “qaqa” deməyinə... Monten deyir ki, "İnsan sevincini böyüdərək, üzüntüsünü isə kiçildərək anlatmalıdır". Anar bəy də məhz bu xarakter nümunəsinin sahibidir... şərhsiz, filansız...

P.S. Onun sevinci sevgidir... Onun sevgisi səmimi bir təbəssümdür. Onun sevgisi zəhmətin onun bənizində yaratdığı izlərlə xəfif-xəfif axan göz yaşlarıdır.

***

İndi də hər şey gözəldi deyəsən... İndi Ustadın 55 yaşı var. Usta isə ustadının ustadlıq yaşına qədəm qoydu, 40-a yetdi. Anar Niftəliyev bu məmləkətə, bizim kimi gənc jurnalistlərə lazımdır. O, hələ tələbələr yetişdirəcək, hərdən bir yox, tez-tez yazacaq, bəsitləşən qəzetəciliyi silkələyib özünə gətirəcək. 40 yaşın ona ərməğan etdiyi təəhhüdü layiqincə ödəyəcək. Çünki Anar bəy, zamanla dəyişən yox, zamanı dəyişən insanlardandır. Zamansız yaşanan acılara, dünyanın dönük üzünə, bir qucaqlıq dərdə inad çox yaşa!... sizə xatir yaşayanları yaşadasınız deyə. Dünən Ustaddan eşitdim, 40 müqəddəs rəqəmdir... Müqəddəs yaşınız mübarək, Anar müəllim.

P.P.S. Anar abi, Siz hal-hazırda Ustad yaşındasınız, mən də Sizin o vaxtki yaşınızda... Nə deyirsiniz? Tarix təkrarlansınmı?

Məmməd Ağayev
“Gənc Reportyorlar” Birliyinin rəhbəri
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK