Modern.az

Blinken Gürcüstana çağırış etdi

Blinken Gürcüstana çağırış etdi

Dünya

27 May 2024, 08:55

Yaxın bir neçə ay Gürcüstanın Avropa İttifaqına inteqrasiya perspektivlərinin nə qədər olduğunu göstərəcək.

Modern.az xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Antoni Blinkenin Gürcüstanın Müstəqillik Günü münasibətilə dərc olunmuş bəyanatında deyilib.

Blinkenin fikrincə, Tbilisi üçün Avropa İttifaqına üzvlüyə namizəd statusunun əldə edilməsi “tarixi miqyaslı nailiyyəti” idi.

“Növbəti bir neçə ay bu fürsətin reallığa çevrildiyini görmək baxımından kritik olacaq. Gürcüstan rəhbərliyini onu düzgün istiqamətə yönəltmək üçün lazımi addımları atmağa çağırırıq”, – ABŞ-nin baş diplomatı vurğulayıb.

Dövlət katibi bildirib ki, Birləşmiş Ştatlar “Gürcüstanın demokratik gələcəyinə və çiçəklənməsinə sarsılmaz sadiqliyini” nümayiş etdirir və eyni zamanda, onun suverenliyi və bütövlüyünün ən fəal tərəfdarları arasındadır. O əmin edib ki, Vaşinqton “Gürcüstana təhlükəsiz və firavan Avropa demokratiyası qurmağa kömək etməyə qətiyyətlə sadiqdir” və “Gürcüstan xalqının Avro-Atlantik gələcəyə olan istəklərini” dəstəkləyir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama