Modern.az

Cinayətdə şübhəli bilinən 78 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 78 nəfər saxlanıldı

Aktual

27 May 2024, 10:00

25-26 may tarixlərində ölkə ərazisində qeydə alınan 87, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 78, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

 

Narkotiklərlə əlaqəli 52 , qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9  fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı