Modern.az

Belçika Azərbaycana yeni səfir göndərir

Belçika Azərbaycana yeni səfir göndərir

Aktual

27 May 2024, 11:46

Jyulen de Frepon Belçikanın Azərbaycandakı yeni səfiri təyin edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Report"a Krallığın Xarici İşlər Nazirliyindən bildirilib.

 

Məlumata görə, o, hazırda xarici işlər nazirinin Avropa məsələləri və xarici ticarət üzrə müşaviri vəzifəsini tutur.

 

Qeyd edək ki, Belçikanın Azərbaycandakı hazırkı səfiri Mişel Pitersmans diplomatik missiyasını bu ilin yayında başa vuracaq.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı