Modern.az

Fransa Azərbaycanın qarşısından geri çəkildi – VİDEO

Fransa Azərbaycanın qarşısından geri çəkildi – VİDEO

Aktual

27 May 2024, 11:54

“Fransa səfiri bildiyimiz kimi geri cağırılmışdı. Qayıdan kimi ilk olaraq Laçına səfər etdi. Hesab edirəm ki, Fransa öz siyasətini dəyişib”

 

Modern.az xəbər verir ki, bu fikirləri ARB24 telekanalının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

 

Millət vəkili qeyd edib ki, səfirin Laçına səfər etməsi Azərbaycan hakimiyyətinə mesajdır.

 

“Fransa bununla demək istəyir ki, biz əməkdaşlığa hazırıq. Fransa öz siyasətini dəyişməlidir. Fransanın BMT-nin iclasında açıqlaması Azərbaycanın ugurudur. Fransa nümayəndəsi iclasda bildirir ki, Azərbaycan bizim ölkədə çevriliş hazırlayır. Böyük bir ölkənin Azərbaycan qarşısında acizliyini nümayiş etdirir.  Bir sözlə indi Azərbaycanın dünyada öz mövqeyi və çəkisi var.”- deyə Cavanşir Feyziyev bildirib.

 

Daha ətraflı videoda:

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı