
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə Heydər Əliyev adına Beynəlxalq Hava limanında ölkəmizdə səfərdə olmuş və Azərbaycandan gedən xarici vətəndaşlara bayraq materiallarından hazırlanmış süvenirlərin (köynək, papak, maqnit, qələm) paylanmasını həyata keçirib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 8-9 noyabr 2013-cü il tarixlərində gerçəkləşən bu tədbir "9 noyabr - Dövlət Bayrağı günü" münasibəti ilə "Yallı gedək - Bayrağımızı təbliğ edək" adlı layihə çərçivəsində gerçəkləşib.

Modern.az