Modern.az

Ümid Partiyasının Ali Məclis rəhbərliyinə yeni şəxslər seçildi

Ümid Partiyasının Ali Məclis rəhbərliyinə yeni şəxslər seçildi

9 Noyabr 2013, 19:23

Bu gün Ümid Partiyasının Mərkəzi Qərargahında partiyanın Ali Məclisinin sessiyası keçirildi. Sessiyada millət vəkili Ümid Partiyasının sədri İqbal Ağazadə iştirak etdi. Qurultaydan sonra ilk dəfə keçirildiyi üçün sessiyanı gündəliyinə təşkilat məsələsi, Ali Məclis rəhbərliyinin seçilməsi, Ümid Partiyası sədrinin sərəncamlarının təsdiqi və cari məsələ çıxarıldı. Öncə təşkilat məsələsinə baxıldı və Ənvər Ağazadə yenidən Ümid Partiyası Ali Məclisin sədri, Ali Məclisin katibi Anar İsayev və Sumqayıt Şəhər Təşkilatının sədri Elşad Rzayev Ali Məclis sədrinin müavinləri, Qadınlar Təşkilatının üzvü Həşimova Günəş Ali Məclisin katibi vəzifələrinə seçildilər. Sonra Ali Məclis qurultaydan sonra Ümid Partiyası sədrinin verdiyi sərəncamları təsdiq etdi.

Sessiyada partiya sədri İqbal Ağazadə Ali Məclis üzvlərini və Azərbaycan xalqını Milli Bayraq günü münasibəti ilə təbrik etdikdən sonra, ictimai-siyasi vəziyyətlə bağlı geniş məruzə ilə çıxış etdi. Çıxışında partiya sədri 9 oktyabr prezident seçkilərinə, ölkə daxili, beynəlxalq və regiondakı ictimai-siyasi vəziyyətə, son dövrlər dünyada, xüsusilə qonşu dövlətlərdə baş verən proseslər və proseslərin Azərbaycana təsiri, partiyanın gələcək fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələrə münasibət bildirdi, Ali Məclis üzvlərinə öz tövsiyələrini etdi.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK