Modern.az

Millimizin heyətində dəyişiklik edildi

Millimizin heyətində dəyişiklik edildi

Aktual

27 May 2024, 13:36

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

 

Modern.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Zirə” klubunun oyunçusu Rəvan Qaraəhmədli zədələndiyi üçün kollektivə qoşulmayıb.

 

Onun yerinə komanda yoldaşı Yusif Hacıyev milliyə dəvət olunub.

 

Qeyd edək ki, U-19 bu gündən iyunun 2-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Komanda ardından yoldaşlıq turniri üçün Moldovaya yollanacaq. Millimiz iyunun 4-də Qazaxıstan, 7-də Türkiyə, 10-da isə meydan sahibləri ilə qarşılaşacaq.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı