Modern.az

Putinin Özbəkistan prezidenti ilə görüşdə DEDİKLƏRİ

Putinin Özbəkistan prezidenti ilə görüşdə DEDİKLƏRİ

27 May 2024, 14:22

"Rusiya Federasiyası ilə Özbəkistan arasında münasibətlər bərabərlik və hörmət prinsipləri əsasında dinamik şəkildə inkişaf edir".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə görüşündə Rusiya prezidenti Vladimir Putin deyib.

 

"Ticarət, kommersiya və dinc atom enerjisi sahəsində sənədlər paketi imzalanmaq üçün hazırlanmışdır. Rusiya Federasiyası ilə Özbəkistan arasında ticarət dövriyyəsi yaxşı templə artır, birbaşa investisiyalar üçün yaxşı şərait yaradılır. Rusiya Federasiyası Özbəkistanın iqtisadiyyatına təxminən 10 milyard dollar sərmayə qoyub və bu rəqəmin artması üçün potensial var", - Putin bildirib.

 

Onun sözlərinə görə, Rusiya qazının Qazaxıstan vasitəsilə Özbəkistana ixracı qrafikdən xeyli əvvəl həyata keçirilir və Rusiya Federasiyası həcmi artırmağa hazırdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri