Gələn ilin büdcəsi Milli Məclisin komitə iclaslarında başa çatıb və plenar iclasa tövsiyyə edilib.
Bu gün Milli Məclisin plenar iclasında 2014-cü ilin dövlət büdcəsinin müzakirəsinə start veriləcək. Qeyd edək ki, büdcə zərfinə daxil olan qanun layihələri müzakirələrinin 4 gün - 12, 13, 14, 15 noyabrda davam edəcəyi gözlənilir. İclasların gündəliyinə 6 məsələ daxildir. Bunlar “2014-cü il dövlət büdcəsi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında”, “2014-cü il üçün yaşayış minimumu haqqında”, “2014-cü il üçün ehtiyac meyarının həddi haqqında”, “Milli Məclisinin 2014-cü il üçün xərclər smetası haqqında” və “Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası haqqında” qanun layihələridir.Builki büdcənin investisiya xərcləri yüksək səviyyədədir.
Təhsil, səhiyyə, elm və mədəniyyət sahələrinə ayrılan xərclər artıb. Təhsilin 12 faiz , səhiyyənin 14 faiz , elmin 15 faiz , mədəniyyət xərclərinin də bu civarda artması planlaşdırılır. Təhsilə ayrılan vəsaitin 1 milyard 653 milyon artırılacağı gözlənilir. B üdcə zərfində gəlirlər ÜDM-in 31,4 %-i, xərclər isə 34,3 %-i həcmində proqnozlaşdırılır. 2014-cü ildə dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manat, xərcləri isə 20 mlrd. 63 mln. manat həcmində proqnozlaşdırılır. 2013-cü il üzrə isə bu göstərici müvafiq olaraq 19 mlrd. 159 mln. manat və 19 mlrd. 850 mln. manat gözlənilir. 2014-cü ildə dövlət büdcəsinin kəsiri 1,679 mlrd. manat proqnozlaşdırılır.
Modern.az