Modern.az

Paşinyan Baqratla görüş şərtlərini AÇIQLADI

Paşinyan Baqratla görüş şərtlərini AÇIQLADI

29 May 2024, 14:12

Ermənistanın baş naziri Nikol Paşinyan arxiyepiskop Baqrat Qalstanyanla görüşün şərtlərini açıqlayıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, şərtləri o, jurnalistlərə bildirib.

 

Paşinyan deyib ki, görüşün təşkili üçün aydın prosedurlar var, istənilən şəxs qəbula növbəyə yazılaraq görüşə bilər.

 

Qeyd edək ki, keşiş Paşinyanla görüş tələbi ilə çıxış edərək onun istefası məsələsini müzakirə etmək istədiyini bəyan etmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?