Modern.az

Gəncə Aşuraya hazırlaşır

Gəncə Aşuraya hazırlaşır

12 Noyabr 2013, 11:09

Gəncə şəhərində Aşura günü İmam Hüseyinin adına layiq təşkil ediləcək. Aşura mərasimi Gəncə şəhərində olan bütün məscidlərdə keçiriləcək. Mərasim keçiriləcək yerlər içməli su ilə təmin ediləcək. Bu barədə Modern.az-a Gəncə şəhər İcra Hakimiyyətindən məlumat verilib. Saytımıza verilən məlumata görə, aşura mərasimlərində ehsan süfrəsi açılacaq. Vətəndaşların mərasim keçiriləcək yerlərə rahat getmələri üçün xüsusi avtobuslar təşkil ediləcək. Bununla yanaşı Gəncədə qanvermə aksiyası da keçiriləcək.
QMİ-nin Gəncə üzrə nümayəndəsi, qazı - Hacı Tahir Qarabaği də bildirib ki, Gəncədə əzadarlıq mərasimlərinə hər hansı qadağa qoyulmayıb.  “Ruhani idarəsinin fətvası var, mərasim məscidlərdə, ziyarətgahlarda, uyğun yerlərdə icmalarda qeyd olunacaq. Buna kim qarşı çıxır ki? Bu məsələ ilə bağlı Şeyxin fətvası var. Məhərrəmliyə hücum etmək olmaz. Dünən axşam da əzadarlıq mərasimi keçirilib. Bu cür məlumatların əsası yoxdur. Buna görə də mətbuatda sualı olanlar bizə müraciət etsinlər, biz cavab verək”.
Aşura günü noyabrın 15-də təsadüf edir



Gültəkin  
Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır