Modern.az

CHP-nin pişiyi sağalıb, qərargaha geri dönüb - PAYLAŞIM

CHP-nin pişiyi sağalıb, qərargaha geri dönüb - PAYLAŞIM

29 May 2024, 15:05

"Sizlərə bir müjdəmiz var. Şeromuz çox xəstə idi, amma evə buraxıldı".

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin ana müxalifəti - Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel X-də yazıb.

 

"Veterinarı Tarkan Özçetin Şeromuzu gətirdi. Heyvan haqları mövzusunda partiyamızın xətti və mövqeyi Şeronun həssasiyyətləri ilə eynidir", - deyə Özel paylaşımında bildirib.

 

Qeyd edək ki, 2005-də doğulan 19 yaşlı Şero (Şerafettin) adlı pişik uzun illərdir, CHP-nin qərargahında yaşayır. Bir müddət əvvəl məşhur pişiyin sağlamlığında problemlər yarandığı üçün o, veterinar klinikaya yerləşdirilmişdi.

 

 

Bu xəbər ilə bağlı
ARAŞDIRMA: Pişik və it sevən insanların psixoloji FƏRQLƏRİ
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi