Modern.az

Türkiyə yerli tankların kütləvi istehsalına başlayır

Türkiyə yerli tankların kütləvi istehsalına başlayır

29 May 2024, 18:46

Son illər müdafiə sənayesi sahəsi üzrə mühüm layihələrə imza atan Türkiyə yeni nəsil texnologiyalarla təchiz edilmiş yerli istehsal “Altay” tankının kütləvi istehsalına başlayır.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün açıqlayıb.

 

Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatlar çərçivəsində əldə edilən təcrübələr əsasında yeni xüsusiyyətlər əlavə edilən “Altay” müasir döyüş mühitinin şərtlərinə uyğun olaraq təkmilləşdirilib. Ən son rəqəmsal texnologiyaların əlavə edilməsi ilə istifadə qabiliyyəti artırılan tank hədəfin müəyyən edilməsi və atəş açmaq üçün daha həssas-çevik vəziyyətə gətirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?