Modern.az

Oqtay Əsədov nazirləri təbrik etdi

Oqtay Əsədov nazirləri təbrik etdi

12 Noyabr 2013, 12:06

Bir qədər öncə Milli Məclisin növbəti plenar iclası başlayıb. İclasda 2014-cü ilin dövlət büdcəsi müzakirə olunacaq. Modern.az saytının məlumatına görə, iclasda hökumət üzvləri də iştirak edirlər.

Qeyd edək ki, büdcə zərfinə daxil olan qanun layihələri müzakirələri 4 gün - 12, 13, 14, 15 noyabrda büdcəsi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında”, “2014-cü il üçün yaşayış minimumu haqqında”, “2014-cü il üçün ehtiyac meyarının həddi haqqında”, “Milli Məclisinin 2014-cü il üçün xərclər smetası haqqında” və “Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası haqqında” qanun layihələridir.

Bugünkü iclası spiker Oqtay Əsədov açıb və iclasa yeni nazir qismində qatılan hökimət üzvlərini təbrik edib. Oqtay Əsədov gündəlikdə 2014-cü ilin büdcə layihəsi olduğunu bildirərək, bunun Konstitusiya Günü ilə üst-üstə düşməsini əlamətdar hadisə adlandırıb.
Spiker bildirib ki, son ildə büdcə 2,4 dəfə artıb. Ölkənin iqtisadi sfersına 150 milyard sərmayə yatırlıb. “Ölkənin 50 milyard dollarlıq valyuta ehtiyatı yaranıb. Azərbaycan heç vaxt bu qədər güclü olmayıb. Büdcə reallığı və iqtisadi inkişaf səviyyəsini əks etdirir”. O
. Əsədov deyib ki, Hesablama Palatası büdcəyə rəy verib. “2014-cü ilin büdcə layihəsi Azərbaycanın sabit iqtisadi inkişafına əminlik yaradır. Gələn il üçün ÜDM 75 milyon dollar olması proqnozlaşdırılır. bu əsasən qeyri- neft sektorundan əldə edilməlidir”.

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır