Modern.az

ASAİF-ə yeni baş katib təyin olundu

ASAİF-ə yeni baş katib təyin olundu

12 Noyabr 2013, 12:22


Nəcibə Mustafayeva Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumuna (ASAİF) baş katib təyin olunub.

Təşkilatdan Modern.az-a verilən məlumata görə, Nəcibə Mustafayeva 30 noyabr 1987 – ci il tarixində Bakı şəhərində anadan olub. 2009-сu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini fərlənmə diplomu ilə bitirib.

2009-2011 illərdə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatında işləyib. 2011-ci ildə O.E. Kutafina adına Moskva Dövlət Hüquq Akademiyasının beynəlxalq hüquq fakültəsinin magistratura pilləsinə daxil olub.

2013-cü ildə Akademiyada təhsilini fərqlənmə ilə başa çatdırıb. Hal-hazırda Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Daxili Siyasət şöbəsinin mütəxəssisidir. Beynəlxalq hüqüq, insan hüquqları sahələrində bir sıra məqalələrin və elmi işlərin müəllifidir.

Peşə fəaliyyəti ərzində ölkəmizi müxtəlif beynəlxalq tədbirlərdə uğurla təmsil edib. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının «Dövlət quruculuğu və hüquq» kafedrasının müəllimidir.

2011-ci ildən ASAIF-in Moskva üzrə nümayəndəsi kimi çalışıb. Bu müddətərzində təhsil aldığı ölkədə ASAIF çərçivəsində müxtəlif tədbirlər, mədəniyyətimizin, adət və ənənələrimizin, Azərbaycanın müxtəlif sahələrdə qazandığı uğurları beynəlxalq aləmdə təbliğetmək məqsədini daşıyan aksiyalar, xüsusi olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabaq münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıməqsədini daşıyan tədbirləri həyata keçirib.

Modern.az

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır