Modern.az bildirir ki, Milli Məclisin Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Ermənistan parlıamentinin “Dağlıq Qarabağ Respublikasını tanıması haqqında” qanun layihəsinin müzakirəyə çıxarmasına münasibət bildirib.
Deputat deyib ki, Ermənistan parlamentində belə məsələnin müzakirəyə çıxarılmasının heç bir mənası və nəticəsi ola bilməz. “Çünki tanınmaq prosesi başlasa, Ermənistan dünya qarşısında özünü birbaşa işğalçı dövlət kimi təqdim edəcək. Digər tərəfdən isə Ermənistan danışıqlar prosesinə ən böyük zərbə vuran tərəf kimi qiymətləndiriləcək. Ermənistan dünya ictimaiyyəti qarşısında üzərinə götürdüyü öhdəliklərin tam şəkildə formada pozulmasını biruzə verəcək. Yəni, bu, Ermənistan parlamentində yalnız və yalnız populist və hansısa dairələrin sifarişini yerinə yetirməkdən başqa bir şey deyil”.