Modern.az

Yeni hərəkat yaradıldı - Lalə Şövkət siyasətə qayıdır?

Yeni hərəkat yaradıldı - Lalə Şövkət siyasətə qayıdır?

Ölkə

30 May 2024, 13:42

Mayın 28-də bir qrup siyasətçi və fəal “Qurucular hərəkatı”nın yaradıldığını elan ediblər.

Modern.az xəbər verir ki, bu barədə “Turan”a təşkilatın təşəbbüskarı Əvəz Temirxan bildirib.

O qeyd edib ki, hərəkat əhalinin demokratik maarifləndirilməsi, vətəndaşların siyasi proseslərdə ictimai iştirakının artırılması, ölkədə azad seçkilər keçirilməsinə şərait yaradılması məqsədilə yaradılıb.

Hərəkatın yaradılmasının elan edilməsi Müstəqillik Gününə təsadüf edib, bu da təşkilatın təsisçilərinin Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920-ci illər) qurucularının ideyalarına sadiqliyi təcəssüm etdirir.

Ə.Temirxanın sözlərinə görə, yaxın günlərdə hərəkat qeydiyyat üçün sənədlərini Ədliyyə Nazirliyinə təqdim edəcək: “Hərəkata rəhbərlik kollektiv olacaq”.

Qeyd edək ki, Əvəz Temirxan fəaliyyəti dayanmış Azərbaycan Liberal Partiyasının (ALP) keçmiş sədri idi. Bu təşkilatın lideri isə tanınmış siyasətçi Lalə Şövkət Hacıyeva olub.

Ehtimal olunur ki, Lalə Şövkət “Quruculuq hərəkatı” daxilində siyasi proseslərdə qatıla, hətta qarşıdan gələn parlament seçkilərində iştirak edə bilər.

Lalə Şövkə bu ayın əvvəlində Modern.az-a açıqlamasında qarşıdan gələn parlament seçkilərində iştirak etməyəcəyini bildirib.

"Parlament seçkilərində namizəd olmağı planlaşdırmıram", - o deyib.

Xatırladaq ki, Lalə Şövkət 1993-cü il də iyulun 7-də Azərbaycanın dövlət katibi vəzifəsinə təyin edilib. 1994-cü ilin yanvarında istefa verib və ilk dəfə Azərbaycan tarixində ali dövlət vəzifəsindən könüllü istefa presedenti yaradıb. Dövlət katibi vəzifəsindən istefaya getdikdən sonra ona fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib və Azərbaycanın BMT-də daimi nümayəndəsi təyin edilib. Lakin bundan da imtina edib.

3 iyun 1995-ci ildə Lalə Şövkətin rəhbərliyi ilə Azərbaycan Liberal Partiyasının təsis konfransı keçirlib. Təsis konfransında Lalə Şövkət ALP-nin sədri seçilib. 7 iyun 2003-də partiya sədrliyindən istefa verib.

Azərbaycan Liberal Partiyası 24 iyun 2023-cü ildə özünü buraxdığını elan edib.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!