Modern.az

Gürcüstanda yerli turistlərin sayı 8.8 faiz artıb

Gürcüstanda yerli turistlərin sayı 8.8 faiz artıb

31 May 2024, 09:32

2024-cü ilin birinci rübündə Gürcüstana yerli turistlərin sayı keçən illə müqayisədə 8,8% artıb.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın statistika qurumu (Sakstat) məlumat yayıb.

 

Ayda orta hesabla 1 277,7 min nəfər Gürcüstanı gəzib. 688,2 min nəfər turist səfəri edib. Məlumata görə, 31 yaşdan 50 yaşa qədər olan vətəndaşlar ən çox səyahət edir.

 

Əsas istiqamətlər kimi paytaxt Tiflis, İmereti və Acarıstan regionları önə çıxır. Yerli turistlərin orta aylıq xərcləri 265,9 milyon lari (95,6 milyon dollar) təşkil edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi