Modern.az

“Mən Azərbaycanlıyam" müsabiqəsi keçirilib

“Mən Azərbaycanlıyam" müsabiqəsi keçirilib

Təhsil

12 Noyabr 2013, 15:40

"Hicaz Production" və Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə H.Mahmudbəyov adına 2 saylı texniki-humanitar elmlər liseyində 9 noyabr Bayraq Gününə həsr olunmuş "Mən Azərbaycanlıyam - Bədii qiraət" müsabiqəsi keçirilub. Tədbiri giriş sözü ilə açan "Hicaz Productionun" rəhbəri Ayaz Məmmədov iştirakçıları salamlayaraq tədbirin keçirilməsində əziyyəti olan hər kəsə təşəkkürünü bildirib.

Müsabiqədə 20 şagird növbə ilə ölməz şairlərin Vətənə, bayrağa aid şeirlərini səsləndirib. Daha sonra Azad Şükürov, Sevda Teymurova, Əbdül Məcidli, Mahirə Yaqubova, Ərtoğrul Kamalov, Sahib Novruzov və Kamale Mirməcidlidən ibarət münsiflər heyəti 20 nəfər arasından ən yaxşı şeir oxuyan şagirdlərə 10 ballıq sistemlə səs verərək, ilk üçlüyü müəyyən ediblər.

Qaliblər və onların ifa etdikləri şeirlər isə belədir:

1. Bəxtiyar Vahabzadənin "Bayraq" şeiriylə Nuranə Babazadə;

2. Almas İldırımın "Əsir Azərbaycanım" şeiriylə Şirin Alpənahova;

3. Abbas Səhhətin "Vətən" şeiriylə Əliyev Qərib.

Layihənin ideya müəllifi və icraçısı Ayaz Məmmədov açıqlamasında gənc nəslin ədəbiyyata olan marağını gördükcə çox sevindiklərini və bu cür layihələri davamlı olaraq həyata keçirəcəklərini bildirib.

Sonda isə "Hicaz Production"un rəhbəri və eləcə də, layihənin ideya müəllifi və icraçısı Ayaz Məmmədov "Gənc nəslin təlim-tərbiyəsinə, ədəbi mühitin inkişafına göstərdiyi xidmətə görə" mükafatıyla təltif olunub.

Qeyd edək ki, "Mən Azərbaycanlıyam - Bədii qiraət" layihəsi "Hicaz Production"un təşkilatçılığı, Mədəniyyət və İncəsənət Universiteti və H.Mahmudbəyov adına 2 saylı texniki-humanitar elmlər liseyinin dəstəyi ilə baş tutub.











Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir